adalet.az header logo
  • Bakı 20°C
22 Yanvar 2021 12:26
26792
ELM VƏ TƏHSİL
A- A+

Nazir: İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq

Təhsil müəssisələrinin fəaliyyətinin bərpasında məqsəd tələsik açılmalar edib tələsik bağlanışlar etməməkdir.

Adalet.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dərslərin həftədə 3 dəfə bərpası zərurətdən irəli gəlir. Nazir məlumat verib ki, təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq.

"İri şəhərlərdə tədris həftədə 3 dəfə, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq".