adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Yanvar 2021 10:19
13286
MƏMLƏKƏT
A- A+

Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə. yanvarın 21-də ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar: "Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik".