adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Yanvar 2021 17:36
20080
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 228 246 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 nəfərdir.

Ölkədə son sutka ərzində 5309, hazırkı dövrədək isə 2341807 test aparılıb.