adalet.az header logo
  • Bakı 18°C
21 Yanvar 2021 17:35
17116
MƏMLƏKƏT
A- A+

Naxçıvanda qanunsuz yaşayan 11 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər dekabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 11 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən adalet.az -a bildirilib ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 320 müraciət daxil olub, onlardan 141-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ay ərzində ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 179 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 47-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.