adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Yanvar 2021 15:40
47763
İDMAN
A- A+

Ronaldo dünyanın ən çox qol vuran futbolçusu oldu - Messi onun rekordunu qıra bilərmi?

İtaliya Super Kubokunun finalında Napolini 2-0 hesabı ilə məğlub edən Yuventus 9-cu dəfə kuboku muzeyinə apararkən Kriştiano Ronaldo da adını futbol tarixinə qızıl hərflərlə yazdırdı.

35 yaşlı ulduz futbolçu final oyunun 67-ci dəqiqəsində səhnəyə çıxdı və vurduğu qolla arsenalına 760-cı qolu yazdıraraq əfsanə çexiyalı hücumçu Josef Bicanı geridə qoyaraq “tarixin ən çox qol vuran futbolçusu” adını əldə etdi.

1931-1955-ci illər arasında oynayan Bican 759 qolla ən çox qol atan futbolçu adına yiyələnmişdi. Kriştiano Ronaldo vurduğu qolla həm onun rekordunu qırdı, həm də komandasını çempion etdi.

Bəs, Messi Ronaldonu keçə bilərmi?

Əgər Ronaldonun 40 yaşına kimi futbol oynamaq xəyalını düşünsək, 760 rəqəmi bir da arta bilər.

Messi Ronaldonun yeganə rəqibidir. Argentinalı superstarın klub və milli komanda oyunlarında atdığı qolların cəmi 742-dir və o, Ronaldodan 150 matç az oynayıb.

Barselonadan getməyi düşünən Messinin Ronaldodan 2 yaş kiçik olmasını da nəzərə alsaq, aktiv futbolçular arasında bu rekordu qıra biləcək yeganə namizəd odur.

Kariyerası boyunca atdığı hər 10 qoldan altısını sağ ayağı ilə, ikisini sol və ikisini də kəlləsi ilə vuran Ronaldo 2014-15 mövsümündə Atletik Bilbaoya bir qolu da dirsəyi ilə vurdu.

Vurduğu qolların 18 faizini penaltilər təşkil edib. Sərbəst vuruşlardan 57 qol vurub.

 

Eminquey