adalet.az header logo
  • Bakı 13°C
19 Yanvar 2021 14:25
18524
DÜNYA
A- A+

Ultrasağçılar Co Baydenin inaqurasiyasını pozmaq istəyirlər

Vaşinqton Post qəzeti Federal Təhqiqat Bürosunun sənədlərinə əsasən məlumat yayıb ki, ABŞ- ın ultrasağçı radikalları yeni seçilmiş Co Baydenin inaqurasiya mərasiminə qatılmaq üçün yollar axtarırlar.
 

 Daha əvvəl Assoşeyted Pess agentliyi bildirmişdir ki, ABŞ hərbiçiləri təhlükəsizli təmin etmək üçün Vaşinqtona cəlb edilmiş Milli Qvardiya həm xaricdən, həm də daxildən idadrə olunan üzvüləri inaqurasiya mərasimini pozmaq üçün təxtibat törədə bilərlər. Ona görə də FTB onların arasında ciddi yoxlamalar aparır.
   

Qəzetin məlumatına görə FTB təhlükəsizliklə bağlı araşdırmaların nəticələrinə əsasən xüsusi hesabat hazırlayıb və hüquq mühavizə orqanlarına təqdim edib. Hesabatda qeyd  olunur ki, Konqresin binasına hücum edən, QAnon sui-qəsd teoriyası təfdarları və ekstrimistləri  həm qrup şəklində, həm də fərdi şəkildə Kapitoliyaya hələ bir ay əvvəldən gəliblər.
   

FTB əminliklə bildirir ki, bir çox ultrasağçı qüvvələr Vaşinqtonun xəritəsində inaqurasiya mərasiminin keçiriləcəyi məkanın zəif nöqtələrini müəyyənləşdirərək, həmin yerə daxil olmağa və andiçmə mərasimini pozmağa çalışırlar.
   

"QAnon üzvüləri özlərini Milli Qvardiya üzvüləri kimi təqdim etməklə mühavizə edilən zonalara necə daxil olmaq planlarını müzakirə ediblər"- deyə qəzet  FTB-nın hüquq mühavizə orqanlarına  təqdim etdikləri sənədlərdən hissələri qeyd edib.
 

 Bununla yanaşı sənəddə inaqurasiya mərasiminin pozulmasına, Kapitoliyaya hücumların həşkil olunmasına cəhdlər barədə rəsmi sübutlar göstərilmir.  FTB-in sözlərinə görə bir çox ekstrimist yönümli qruplar hakimiyyətin yeni prezidentə verilməsi prosesində zorakılığı açıq pisləyirlər.
   

Əvvəllərdə bildirdiyimiz kimi, Co Baydenin İnaqurasiyası zamanı, təhlükəsizliyin qorunması üçün ABŞ-ın 50 ştatından 25 min Milli Qvardiya əsgərləri Vaşinqtona gətirilib. Nümayəndələr palatası Konqresin binasına hücum zamanı 5 nəfərin həlak olduğu, onlarla etirazçının xəsarət aldığı fakta görə  prezident Trampın impiçmenti 
ilə bağlı qərar qəbul edib. Lakin o, hələ ki, vəzifəsinin başındadı. Çünki, Senat analoji qərar qəbul etməyib. Tramp isə öz növbəsində Co Baydenin inaqurasiyasında iştirak etməyəcəyini bəyan edib.


Rüstəm Hacıyev