adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Yanvar 2021 22:45
27946
İDMAN
A- A+

“Mənim üçün bir xəyal gerçək olur” – Mesut Özil

"Çox həyəcanlıyam, çünki mən hər zaman "Fənərbaxça" azarkeşi idim. Bir xəyal təkcə klub üçün yox, mənim üçün də gerçəkləşir".

Qol.az xəbər verir ki, bu sözləri "Fenerbaxça"nın yeni transferi Mesut Özil İstanbul təmsilçisinin rəsmi telekanalına açıqlamasında deyib.

"Arsenal"dan "Fənər"ə keçən 33 yaşlı yarımmüdafiəçi yeni komandasının formasını geyinəcəyi üçün həyacanlı olduğunu bildirib: "Ümid edirəm ki, komanda yoldaşlarımla birlikdə uğur qazana biləcəyik. Həyəcanlıyam, başqa nə isə demək istəmirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Xeyirli olsun. Azarkeşlərin dəstəyinə görə təşəkkür edirəm. Onlar məni hər zaman dəstəklədilər. "Fənərbaxça" böyük klubdur. Çox xoşbəxtəm, azarkeşlərə təşəkkürümü meydanda qaytaracağam".

Qeyd edək ki, Mesut Özil 2013-ci ildən "Arsenal"da çıxış edirdi. Onun yeni klubu ilə 3.5 illik müqavilə imzalayacağı gözlənilir.