adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Yanvar 2021 14:52
16734
DÜNYA
A- A+

Lavrov: “Status məsələsi bəyanata şüurlu şəkildə salınmayıb” 

Hərbi əməliyyatların dayandırılması barədə 9 noyabr üçtərəfli bəyanatında Dağlıq Qarabağın statusu məsələsi şüurlu şəkildə qeyd edilməyib.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, Dağlıq Qarabağın status problemi ziddiyyətlidir və bu məsələdən yan keçib gələcəyə buraxılmasına qərar verilib.

Onun sözlərinə görə, məsələ ilə yaxın vaxtlarda yenidən bölgəyə səfər edəcək ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olmalıdırlar.

Lavrov, həmçinin vurğulayıb ki, sülhməramlı missiyanın yerləşdiyi ərazi sülhməramlı kontingentin məsuliyyət zonasıdır: "İrəvan və Bakı ilə təmaslarımızda bundan çıxış edirik. İndi nəqliyyat rabitəsinin təşkili, humanitar yardımın göstərilməsinin təfərrüatları hazırlanır".