adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Yanvar 2021 14:48
23608
GÜNDƏM
A- A+

“Qarabağdakı ən güclü bunker artıq Azərbaycanın nəzarətindədir”Erməni mediası

Ermənistan mətbuatı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hərbçiləri tərəfindən çəkilən video ilə bağlı məlumat yayıblar.

Azvision.az xəbər verir ki, görüntülərdə müharibə vaxtı ermənilərin atıb qaçdığı qeyri-adi hərbi istehkam əks olunub. Videoda tunel və xüsusi şəkildə gücləndirilmiş bunker görünür.

Erməni jurnalistlər bu mənzərəyə belə şərh veriblər: “Azərbaycan hərbçiləri Xocavənd-3-ün qərargahındadırlar. Bu, Qarabağda ən güclü və toxunulmaz bunkerlərdən idi. Artıq o düşmənin nəzarətindədir”.

Xatırladaq ki, müharibə dövründə dəfələrlə belə gizli erməni hərbi obyektlərinin aşkar edilməsi barədə məlumatlar yayılırdı. Hərbçilərimizin azad etdikləri mövqelərdə işğalçı ölkənin 30 il ərzində tankların belə gizlədilə biləcəyi tunel və xüsusi istehkamlar, milyonlarla dollara başa gələn bunker və digər gizli hərbi obyektlər inşa etdikləri məlum olub.