adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Yanvar 2021 11:36
17076
DÜNYA
A- A+

GÖRƏSƏN  CO BAYDEN AHD İÇƏ BİLƏCƏKMİ?

 ABŞ -ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasiminin təhlükəsizliyinin qorunması üçün 50 ştatdan 25 minə yaxın milli qvardiyaçı cəlb olunacaq. Bu barədə məlumat verən Assoctated Press agentliyi, artıq 15 mun milli qvarditaçının Vaşimqtona gətirildiyini bildirir.
   
ABŞ -ın Federal Təhqiqat Bürosu prezidentin inaqurasiya mərasiminin mühavizəsi üçün cəlb edilmiş milli qvardiyaçıları yoxlamağa başlayıb. Alınan məlumatlara görə Co Baydenin andiçmə mərasiminin pozulmasına çalışan qüvvələr silahlı hücum təşkil edərək təxtibat törətmək istəyirlər. FTB milli qvardiya üzvülərinin içindən də onlara dəstək verə bilən hərbiçilərin olacağından ehtiyat edirlər.
    
Quru Qoşunları Qüvvələri naziri Rayan Makkarti hakimiyyət üzvülərinin  potensial  təhlükə barədə məlumatları var. "Bütün komandalara  təhlükə barədə xəbərdarlıq edilib"- deyə o, bildirib.
    
FTB hələ bir həftə öncədən yoxlamalara başlayıb və son günədək bu yoxlamalar davam edəcək. Lakin Makkartidə daxil olmaqla,  hakimiyyət inaqurasiya vaxtı hər hansı  təhlükə ola biləcəyi ilə bağlı sübut olmadığlnı bildirir.
    
"Biz daima əməliyyata cəlb edilmiş insanlara nəzarət edirik və hətta iki-üç dəfə bunu edəcəyik. Bunun üçün bütün texniki və digər imkanlardan istifadə edəcəyik"- deyə Makkarti bəyan edib.
    
FTB hərbiçilərin məlumat bazalarını araşdırır, bu işə cəlb edilmiş hər bir şəxsin bu və ya digər formada "terrorizmə meyilliyi, ekstrimist düşüncələri" olub-olmaması  ciddi şəkildə yoxlanılır. Şübhəli şəxslər barədə hərbi komandanlığa və hüquq mühavizə orqanlarına məlumat verilir.
  
 Radio Sputnikin məlumatına görə, Konqress   hazırki prezident Donald Trampın kəşviyyat məlumatlarına girişinin dayandırılmasını istəyir.
   

Rüstəm Hacıyev