adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Yanvar 2021 10:24
18564
SAĞLAMLIQ
A- A+

Azərbaycan vaksinasiyaya başlayır - İlk kimlər peyvənd olunacaq?

Bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir.

Adalet.az-ın məlumatına görə, ölkədə virusa qarşı mübarizə strategiyası da təsdiq olunub. Strategiyanın hədəf qrupları iki yerə bölünür:

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli
əhali qrupları aşağıdakılardır:

Sosial cəhətdən yüksək risk qrupu:

1. səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;
2. hüquq mühafizə orqanlarının əməkdaşları;
3. hərbi qulluqçular;
4. saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;
5. təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi
yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun,
telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali
ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Tibbi cəhətdən yüksək risk qrupu:

1. yaşlı əhali ≥65;
2. TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50),
piylənmə (≥18).

Qeyd edək ki, hazırda vaksinasiya prosesi ABŞ, Avropa ölkələri, Türkiyədə və dünyanın digər qabaqcıl ölkələrində aparılır. Azərbaycan da bu qabaqcıl ölkələr sırasındadır.

Mütəxəssislər qeyd edir ki, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra da hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir.