adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Yanvar 2021 23:00
24633
SAĞLAMLIQ
A- A+

Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 165 nəfər dünyasını dəyişib.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 23 997 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 436 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 387 101 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 812 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 262 864 nəfər təşkil edir.