adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Yanvar 2021 17:23
36012
İDMAN
A- A+

Qazzayev Kramarenkonun MOİK-ə transferini yüksək qiymətləndirir

Rusiya MOİK-inin sabiq baş məşqçisi Valeri Qazzayev Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun Moskva klubunda fəaliyyətə başlaması barədə Matç TV-yə müsahibə verib.

V.Qazzayev qeyd edib ki, D.Kramarenkonu əla qapıçı kimi çox yaxşı tanıyır: 

"Onun atası Sergey Kramarenko da dahi qapıçı olub. “Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medallarını qazanıb. Həmin vaxt Bakıda mükəmməl komanda var idi”.

Mütəxəssis Kramarenkonun həm Azərbaycan millisi, həm də MOİK-də işləməsinin mümkünlüyü ilə bağlı suala da aydınlıq gətirib: 

“Necə qərar verəcəklər, elə də olacaq. Amma fikrimcə, məsələn, Kramarenko bir həftəlik millinin düşərgəsinə yollansa, bu, problem olmayacaq. Həmin vaxt MOİK-in futbolçuları da öz yığmalarında olacaqlar”.