adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Yanvar 2021 15:25
18375
DÜNYA
A- A+

Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib

Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib.

Adalet.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 23 586 nəfər virusa yoluxub, 481 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 568 209 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 65 566 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 960 431 şəxs virusdan sağalıb. Qeyd edilir ki, Rusiyanın bütün 85 bölgəsində koronavirusa yeni yoluxma halları aşkar edilib.