adalet.az header logo
  • Bakı 18°C
17 Yanvar 2021 12:37
19600
GÜNDƏM
A- A+

Tərxis olunanlarla bağlı müraciətlərin sayı açıqlandı

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyda bu günə qədər 1751 nəfər qəbul edilib.

Adalet.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. Onun sözlərinə görə, komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən 202 müraciətə baxılıb.

Nazirlik rəsmisi qeyd edib ki, vətəndaşlara lazımı qaydada köməklik göstərilməsi üçün bütün tədbirlər görülür.

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.