adalet.az header logo
  • Bakı 7°C
16 Yanvar 2021 22:43
36107
HADİSƏ
A- A+

Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı

Hirkan Milli Parkının Astara rayonu ərazisində, onun yüksək dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb.

Adalet.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

"Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi onun söndürülməsində müəyyən çətinliklərin yaratmasına baxmayaraq, onun lokallaşdırılmasına artıq nail olunub".

Nazirliyin rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.