adalet.az header logo
  • Bakı 20°C
15 Yanvar 2021 14:43
19498
SAĞLAMLIQ
A- A+

BU ÜST HƏLƏ ÇOX ZƏHLƏMİZİ TÖKƏCƏK?!

Sevindirici haldır ki, COVİD-19-a yoluxan xəstələrimizin sayı 62 mindən 8 minə düşüb, yoluxma sayı da gündən-günə azalır.

Buna görə həkimlərimizə borcluyuq. Nə qədər tənqid edilsələr də, TƏBİB-in fəaliyyətini danmaq mümkün deyil.

Və həm də əhalinin 90 faizi demək olar ki, karantin qaydalarına əməl edir. Bu da çox xoşdur.

Elə təzə-təzə özümüzə gəlmək istəyirik ki, nə tüfəngə çaxmaq, nə tumana yamaq olan Ümumdünya Səhiyyə Təşkilatı bar-bar bağırır ki, xəstəliyin yeni dalğası gəlir, özü də əsasən uşaqları tutacaq.

ÜST, sən bizim yaxamızdan düş, zəhləmizi tökmə, virusla özümüz birtəhər dil taparıq.