adalet.az header logo
  • Bakı 12°C
15 Yanvar 2021 11:58
34801
MƏDƏNİYYƏT
A- A+

Rəmişin həkimi: “Ağciyərində fibrozlaşma (bərkləşmə) var” - YENİ


“Rəmişin xəstəliyi qaraciyərlə bağlıdır. Onun qaraciyər xəstəliyi var. Ki, bu da böyük ehtimalla Hepatit C-yə bağlı olan xroniki qaraciyər xəstəliyidir”.

Adalet.az saytına açıqlamasında bu sözləri Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov söyləyib:

“Qaraciyər sirozudur ki, o da dekompensasiya mərhələsindədir. Bu da o deməkdir ki, qaraciyər funksiyalarını yerinə yetirə bilmir, fəaliyyəti ciddi şəkildə azalıb. Qaraciyəri dəyişmək lazım gələ bilər. Hazırda sirozla əlaqədar mümkün müalicələr olunur, həm də Hepatit C müalicəsi davam etdirilir. Gələcəkdə Rəmiş müəllimə qaraciyər transplantasiyası lazım ola bilər. Bunu dəqiqləşdirmək üçün müayinələr etmək lazımdır. Ki, transplantasiya mümkündürmü, yoxsa yox? Çünki Rəmiş müəllimdə yanaşı xəstəliklər də ortaya çıxıb. Onun ağciyərində fibrozlaşma (bərkləşmə) var. Bunu nəzərə alaraq Rəmiş müəllim hərtərəfli müayinə olunmalıdır. Bu əsasda söyləyə bilərik ki, qaraciyər köçürmək olar, ya yox?”

Rövşən Tahir