adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Yanvar 2021 21:33
28250
İDMAN
A- A+

“Barselona”nın prezidentliyinə namizədlər azalır

“Barselona”nın prezidentliyinə namizədlər azalmaqda davam edir.

Qol.az “Sport.es”ə istinadən xəbər verir ki, Emili Russo namizədliyini geri götürüb. O, namizəd olmaq üçün lazımi sayda imza toplayıb. Lakin həmin imzaların bir hissəsi şübhə doğurduğu üçün yoxlama keçirilib. Russo isə nəticələri gözləməyərək,  özü namizədliyini geri çəkib.

Bundan əvvəl Auqusti Benedito da namizədlikdən imtina etmişdi. Beləliklə Kataloniya klubunun prezident seçkilərində iştirak edəcək 3 şəxs qalıb. Onlar Yoan Laporta, Viktor Font və Toni Freişadır.

Qeyd edək ki, “Barselona”nın prezident seçkiləri bu ayın 24-də keçiriləcək.