adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Yanvar 2021 16:26
31971
İQTİSADİYYAT
A- A+

TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək

Trans-Anadolu qaz kəməri (TANAP) 2022-ci ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək.

Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında deyib.

O qeyd edib ki, TANAP-ın kommersiya istismarı başladıqdan etibarən Türkiyəyə 8,4 milyard kubmetr qaz nəql edilib:

"Tədürükün üçüncü ilindən başlayaraq, boru kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr tədarük ediləcək, 2022-ci ildən isə Avropaya ildə 10 milyard kubmetr qaz daxil olacaq".

Onun sözlərinə görə, 2020-ci il dekabrın 31-də Trans-Adriatik boru kəməri ilə (TAP) Avropaya 10,9 milyon kubmetr qaz nəql edilib.