adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Yanvar 2021 11:24
43052
ƏDƏBİYYAT
A- A+

ƏBÜLFƏT MƏDƏTOĞLU: XATIRLATMA

("Bir qadına..." silsiləsindən)

Bir ağac  kovuşudu -
 Ürəyim sənin üçün...
Orda daldalanmısan -
Özünə tənin üçün...

Ümid sayıb gumanı
Səndən səni umanı...
Əliyirsən dumanı -
Ötəri çənin üçün...

Düşündünmü heçmi  sən -
Bu sualı  keçmisən?..
Qarı  boya  seçmisən -
Saçında dənin üçün!..

...Hər gün bir az əzəcək
Dərd. ipimi kəsəcək...
Dodaqların əsəcək -
Bir gün - Vətənin üçün!..