adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Yanvar 2021 14:20
42983
ƏDƏBİYYAT
A- A+

Aqşin Dadaşoğlu: Allah verən bir ömürü beləcə

Allah verən bir ömürü beləcə,

Bir gün toyda,bir gün yasda yaşadıq.

"Adam" ilə dolu oldu hər küçə,

"Soxasoxda",basabasda yaşadıq.

 

Adam gördüm başı balıq beyindi,

Adam gördüm fikirləri peyindi,

Adam gördüm ömrü boyu deyindi,

Donquldana ayı ömrü yaşadı.

 

"Oğul"gördüm büdcəmizə yan aldı,

Nəsli üçün nələr,nələr götürdü..

Oğul gördüm Şəhid oldu Şuşada,

Medalını "katibələr" götürdü.

Kişi gördüm əyilmədi,sınmadı,

 

Sınanların əli ilə döyüldü.

Kişi gördüm yandırdılar yanmadı,

"Kişi" gördüm doğulandan əyildi.

 

Bir tərifin ovqatına bayıldıq,

Düz sözümüz yerə düşdü heç oldu.

Üstümüzə Vətən çəkdik ayıldıq..

Ayılanada,ayılanda gec oldu..