adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Yanvar 2021 22:35
27777
İDMAN
A- A+

"Mançester Yunayted" Poqbaya qiymət qoydu

"Mançester Yunayted" futbolçusu Pol Poqbaya qiymət qoyub.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin başlanğıc qiyməti 75 milyon avrodur. Bildirilib ki, 27 yaşlı oyunçu ilə "Real" və PSJ maraqlanır.

Nəşr klubun futbolçunu bu ilin yayında satmaq və ona 2016-cı ildə ödədikləri 105 milyon avrodan bir qismini geri qaytarmaq istədiyini yazıb.

Qeyd edək ki, Poqba bu mövsüm İngiltərə Premyer Liqasında 13 oyunda 1 qol vurub.