adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Yanvar 2021 12:32
37799
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanda Kolanı köçləri

1828-30-cü illərdə Çar Rusiyasın dəstəyilə Qarabağda məskunlaşdırılmış ermənilər elə Çar Rusiyasının xeyir duasıyla da Azərbaycanlılara qarşı silahlı üsyanlar təşkil edərək yerli əhaliyə zülm edirdilər. Bu vaxt Ağdərə , Ağdam və Tərtərdə erməni silahlılarına müqavimət göstərən tayfalardan biri də Türk soylu Kolanı tayfası olmuşdur .

Rusiyasın İrandakı o zamankı səfiri Qriboyedov İmperator l Nikolaya yazdığı məktubunda Kolanı tayfasının ermənilərə qarşı çıxaraq, imperatorun siyasətinə mane olduqlarını bildirir.

Məktubu oxuyan İmperator l Nikolay ermənilərin təhlükəsizliyini təmin etmək məqsədilə Qarabağın Kolanı kəndlərinin əhalisini Şirvana köçürmək əmri verir.

l Nikolaydan öncə Şirvan və Muğana Kolanıları Səfəvi şahı l Təhmasib 1550-ci ildə və Rus İmperatriçası ll Katerinanın (Böyük Katerina , ll Yekatirina) əmri ilə 1795 -ci ildə Naxçıvan və Qarabağdan köçürülmüşdülər.

1796 -cı ildə Qubalı Fətəli xan Qarabağdan Qubaya , 1810-cu ildə Pirqulu xan Qacarlı Muğan- Talış bölgəsinə Kolanıların bir qismini köçürüblər.

1918 -ci ildə Hamazasp ermənilərin qisasını almaq məqsədilə Qubada Fətəli xanın gətirdiyi Kolanılarının kəndlərini yandırır .

1930-45- ci illərdə də Stalin Kolanıları Salyan və Neftçalaya köçürmüsdür.

1950- ci ildə M.C. Bağirov Stalinin əmir ilə Qubadakı Dağ Kolanılarının dəvə və atlarını müsadirə etmişdir. Çar və Sovet dönəmindən Kolanılar həmişə ermənilərin fitnəsiylə hakim darənin hədəfində olublar.

Qarabağda ermənilərə qarşı çıxan Kolanı ağsaqqalı Hacı Rüstəmi də 1937 -ci ildə Stalin Sibirə sürgünə göndərir. Bundan başqa Cavanşir qəzasında ermənilərə qan udduran Qaçaq Şahmalı da bolşeviklərin hədəfi olmuşdu.

Qafqaz Qabil