adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Yanvar 2021 11:53
30463
ELM VƏ TƏHSİL
A- A+

Tələbələrin semestr imtahanları onlayn keçiriləcək - Əmr imzalandı

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.

Adalet.az-ın məlumatına görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Bu əmrə əsasən ali və orta ixtisas təhsil müəssisələrində imthan qərargahları yaradılıb.

İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.