adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Yanvar 2021 16:37
46427
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Könüldən könülə  ...

("Bir qadına..." silsiləsindən)

Günüm keçir haqqım olan acıyla...
Sən uzaq  dur, bu  acıma  görükmə!
Əyləndiyin tellərinin ucuyla -
Od  çatdığın  ürəyimi  körüklə...

Qan səpibdi   gözlərimə. gecəm. qan
Səhərimi tor  içində  süzürəm...
Boğulmağı  unudaraq, dən inan -
Bəbək  dolu  yaş  içində  üzürəm...

Tikan üstə rəqs eləyir  bax hər  hal...
Oynadığı  musiqi də  sükutdu..
Gözləmədi ifa bitsin, o  dərhal -
 Dönüb getdi, əl  çalmağı  unutdu...

...Nə bir alqış...nə  bir  baxış... eh nə də
Uzatmadı  bircə  tel də  saçından...
Tək sevgimdi  hələ qalan  təhnədə -
O sevgiylə  mən ölmərəm acından!