Əbülfət Mədətoğlu: Könüldən könülə ...
("Bir qadına..." silsiləsindən)
Günüm keçir haqqım olan acıyla...
Sən uzaq dur, bu acıma görükmə!
Əyləndiyin tellərinin ucuyla -
Od çatdığın ürəyimi körüklə...
Qan səpibdi gözlərimə. gecəm. qan
Səhərimi tor içində süzürəm...
Boğulmağı unudaraq, dən inan -
Bəbək dolu yaş içində üzürəm...
Tikan üstə rəqs eləyir bax hər hal...
Oynadığı musiqi də sükutdu..
Gözləmədi ifa bitsin, o dərhal -
Dönüb getdi, əl çalmağı unutdu...
...Nə bir alqış...nə bir baxış... eh nə də
Uzatmadı bircə tel də saçından...
Tək sevgimdi hələ qalan təhnədə -
O sevgiylə mən ölmərəm acından!