adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Yanvar 2021 15:07
55195
MƏDƏNİYYƏT
A- A+

Aktrisa Ceyranın həyat yoldaşı Şahin Nəsirli: "Dostumun evində qalıram"

"10 il bundan əvvəl düşündüm ki, canımda güc-qüvvət var, ev alaram. Həyat yoldaşıma verdiyim ev 5 otaqlı, yaxud 4 otaqlı deyildi, 2 otaqlı idi".

Adalet.az saytı xəbər verir ki, bu sözləri aktyor Şahin Nəsirli "Elgizlə izlə" proqramında qonaq olarkən deyib:

"O vaxt ailəmdən ayrılanda mənə ev düşürdü, amma imtina etdim. Ondan sonra kirayələrdə yaşadım. Hazırda isə yaxın dostumun evində qalıram. Sentyabrın 15-də axırıncı çəkilişim olub. Teatrda işləmirəm".

Maddi sıxıntılarının olduğunu qeyd edən aktyor deyib ki, illər öncə ev bölünməli idi. Lakin o, qızı və oğluna görə evin bölünməsindən imtina edərək onu tam halda həyat yoldaşına bağışlayıb.

Qeyd edək ki, Şahin Nəsirlinin həyat yoldaşı aktrisa Ceyran Qasımova olub.

Rövşən Tahir