adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Yanvar 2021 09:47
46743
ƏDƏBİYYAT
A- A+

ƏBÜLFƏT MƏDƏTOĞLU: ÖMRÜMÜ...

("Bir Qadına"  silsiləsindən)

Yaşayıram...yaşamaqsa əgər bu?-
Mən anlara bölə-bölə ömrümü...
Həsrətinlə  savaşdayam ,günlərlə -
Paylaşıram, belə-belə ömrümü...

Bürünübdü  talehimdə  gün " ah"-a
Bilirəm ki, çox  batmışam günaha!..
Sənin üçün əl açaraq , Allaha -
Nəzir  dedim - gülə-gülə ömrümü!..

Bəlli andan , sən ən böyük sirrimsən
Qibləgahım,  güvənc  yerim, pirimsən...
O  da BİRdi, sən  də mənim BİRimsən -
Qurban etdim, bilə-bilə ömrümü...

Zaman  atı yük  götürmür  tərkinə
Çəkilsəm də  sınaqların  bərkinə!..
Sərf  etmədim  bu dünyanın  dərkinə -
Bir  Qadına - verdim Gülə,  ömrümü!..