adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Yanvar 2021 22:20
40337
KRİMİNAL
A- A+

Bakıda taksi sürücüsünə qarşı cinayət

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əliyev yanvarın 4-də Z.Bünyadov prospektində idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturmuş iki nəfərin onu bıçaqla hədələyib 100 manatını aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri K.Qayıbov və E.Qurbanov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.