adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Yanvar 2021 14:53
45883
ƏDƏBİYYAT
A- A+

Vaqif Bəhmənli: Nizaminin heykəli önündə

Bu şeiri 20 yaşım olanda, 45 il bundan öncə yazmışam.

Nizaminin heykəli önündə

 

Dahilərin atası

sadəliyi sevirdi,

Ruhuna qulaq asıb

şahlardan üz çevirdi…

 

Döndü o ilahi şəxs

idrakın türbəsinə.

Qalxa bilmədi heç kəs

Nizami zirvəsinə!

 

Yandı qızıl qayatək

şahanə söz nizamı.

“Məndən sonra söz demək

bitdi!” - dedi Nizami…

 

Necə qopsun dilimdən:

“Ey ilhamım, çağla, ax!..”

Nizamidən sonra mən

şeir yazıram, Allah,

məndəki ürəyə bax!

1976