adalet.az header logo
  • Bakı 12°C
06 Yanvar 2021 13:23
77188
ŞOU-BİZNES
A- A+

Qalmaqal böyüdü: "Evimi dağıtdın, nişanlını qoyub Türkə ərə getdin"

Aktrisa Məlahət Abbasova xalq artisti Röya Ayxanı yeni il günü rəqs etdiyi üçün tənqid edib.

“Elə bil ki, dekabrın 31-də şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma evində rəqs edib paylaşmır. Bu eyibdir. Belə həssas bir vaxtda bu hərəkətin səni iti gözdən salan kimi saldı. Həm də deyirsən ki, ağdamlıyam. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə də insanlığın. Həm də anasan...”.

Məlahət Abbasovanın dediklərinə Sərxan Kərəmoğlunun reaksiyası gecikməyib. Sərxan “instagram” hesabında Məlahəti “ağ yuyub, qara sərib”:

“Əxlaq dərsi ? İnsanlıq dərsi ? Kim deyir bunları Məlahət? Sən Məlahət, mən 2009-cu ildə İstanbula köçdüm, orada mənim evimə gələ-gələ mənim evimi dağıtdın. Sənsən insanlıq dərsi keçən? “TRT AVAZ”da mənə iş təklifi gəlmişdi. Gedib orada müdirə əxlaqsız sözlər dedin ki, guya mən sənin haqqında belə-belə demişəm. Sənsən əxlaq dərsi keçən? Toyuna bir həftə qalmış dəvətnaməsi paylanan bəyi-nişanlını Bakıda qoyub İstanbula qastrola gedib orada qaldın və Türkə ərə getdin, ailən isə oldu pərişan. Sənsən əxlaq dərsi keçən? Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə 2-ci dəfə bais oldun. Sənsən insanlıq dərsi keçən? Bu nə zəmanədir kimdə nə yoxdursa, onunla öyünür hə? Məlahət Abbasova sənin ümumiyyətlə Azərbaycan Mədəniyyəti və İncəsənəti camiyəsi haqqında danışmağa haqqın çatmır. Röya səhv edib, özü bilər, qarışa bilmərəm, xalq bilər, Röya bilər”.

Rövşən Tahir