adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Yanvar 2021 10:36
37013
ƏDƏBİYYAT
A- A+

ƏBÜLFƏT MƏDƏTOĞLU: QUZU KƏSİM...

(Təsəllinin də bitdiyi anın şeiri)

Başdan qalxan  tüstümə,
Baxma, qaytar  üstümə...
Hər gün duran qəsdimə -
Kədərə, quzu  kəsim...

Çicək  sayıb  qoxuyum
Ləçək, ləçək  toxuyum...
Şeir  kimi oxuyum -
Qədərə, quzu  kəsim...

Sən də, harayla, hayla
Bunu  könlünə  yayma!..
Heç nə yerinə  sayma -
Hədərə, quzu  kəsim...

...Bir  topa  bulud  getsin...
Boş ver   və  unut ,  getsin!..
Ölmüş - son  umud  getsin -
Betərə quzu  kəsim!..