adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Yanvar 2021 09:20
31939
MARAQLI
A- A+

İt öz dördayaqlı dostunu xilas etmək üçün insanlardan “kömək istədi” - VİDEO

İt buzlu suya düşən dostunu xilas etmək üçün insanlardan “kömək istədi”.

“Life Shot” “Telegram” kanalı bununla bağlı kadrları paylaşıb.

Məlumata görə, hadisə Rusiyanın Nijni-Novqorod şəhərində baş verib. Donmuş çayın üzərində buz qırılıb və it ora düşüb. Onun dördayaqlı dostu isə ora-bura qaçıb, kömək istəyirmiş kimi zingildəyib.

Məhz bu zaman “Vyun” yanğın gəmisinin ekipaj üzvləri su sahəsini araşdırarkən iti görüblər. Onlar iti sudan çıxardıblar, xilasedici dostu ilə birlikdə yedizdirib, sərbəst buraxıblar.