adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Yanvar 2021 11:37
63913
ŞOU-BİZNES
A- A+

“Məni öldürməyə gücünüz çatmaz” - Röya “üsyan qopardı”

“Məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdiniz. Amma mən daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm. Əgər evimdə rəqsim sizi narahat etdisə...”

Adalet.az saytı xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan Nailə Mirməmmədlinin xatirəsinə ithafən “instagram” hesabında yazıb:

“O zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiz. Yox, əgər məndə səhv axtarırsızsa,  əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın! Nailə Mirməmmədli sizin əsəbinizdən getdi, amma məni öldürməyə gücünüz çatmaz”.

Qeyd edək ki, Röya Ayxan yeni il axşamı evində rəqs etdiyi videosunu sosial şəbəkə hesabında paylaşmışdı. Bu video insanlar tərəfindən mənfi qarşılanmış və tənqid edilmişdi.

Rövşən Tahir