adalet.az header logo
  • Bakı 11°C
04 Yanvar 2021 13:54
43543
HADİSƏ
A- A+

Erməni hərbçilər qəzaya düşdü: 5 nəfər yaralandı

Ermənistanda hərbçilərin iştirakı ilə yol qəzası baş verib. Hadisə nəticəsində 5 nəfər yaralanıb.

Azvision.az xəbər verir ki, bu barədə “News.am” saytı məlumat yayıb.

Qeyd edilib ki, İrəvan-Mehri avtomobil yolunun 146-cı kilometrliyində 38 yaşlı Ovanes Sarqsyanın idarə etdiyi “Mercedes” markalı avtomobillə 45 yaşlı Avaq Barseqyanın idarə etdiyi “Opel Astra” toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü Sarqsyan, onun sərnişinləri - 55 yaşlı İrəvan sakini Nune Avetisyan, Qafan sakini, 23 yaşlı Siranuş Gümşudyan, “Opel Astra”nın sürücüsü Barseqyan və onun 17 yaşlı sərnişini Narek Barseqyan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ovanes Sarqsyan Ermənistan Müdafiə nazirliyinin hərbi hissələrindən birinin xidmət rəisidir, Avaq Barseqyan isə hərbi hissələrdən birində müqavilə əsasında xidmət edir.