adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Yanvar 2021 23:06
34931
HADİSƏ
A- A+

Rusiyada ağır yol qəzası nəticəsində səkkiz nəfər öldü, üç nəfər yaralandı

Rusiyanın Tuva Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində səkkiz nəfər həlak olub.

Bu barədə TASS Respublika Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Hadisə R-257 “Yenisey” yolunun 953-cü kilometrliyində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanaya aparılarkən vəfat edib.