adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Yanvar 2021 19:30
34829
İQTİSADİYYAT
A- A+

Ekspertdən bitkoin xəbərdarlığı: etibarsızdır...

Bitkoinin dəyəri son iki həftə ərzində 50%-dən çox artıb. Əslində bu, təəccüblü deyil. Məsələ ondadır ki, ilin əvvəlində bu, kriptovalyutaya olan marağı artırmaq üçün atılan bir addımdır.

Bu fikirləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli 2021-ci il ilə birlikdə bitkoinin dəyərinin kəskin artması, hətta 34.102 dollara çatması haqda danışarkən deyib.

“Ümumiyyətlə, bitkoin və digər kriptovalyutaları məsləhət bilmirəm. Çünki bu valyuta olduqca etibarsızdır və sabit deyil. Bu gün kimlərsə bu valyutadan milyonlar qazanırsa, bir müddət sonra külli miqdarda vəsait itirə bilər. Heç kəs bu valyutanın kim tərəfindən idarə edildiyini bilmir. Dünya birjalarında etibarlı görünməyən ölkələrin belə risk etmədiyi virtual aləmin pirat pul vahididir. Düşünürəm, ilin sonlarına qədər bitkoinin qiymətində yenidən eniş müşahidə ediləcək”, - o bildirib.