adalet.az header logo
  • Bakı 11°C

İmisti çörək qoxusu və ƏDALƏT

EMİNQUEY AKİF
103465 | 2021-01-03 16:01

Almaniya kralı II Fridrix 1750-ci ildə Potsdamdan keçəndə bir xeyli yeri gözü tutur, bəyənir. Adamlarına deyir ki, burada mənə bir saray tikin. Ertəsi gün Kralın adamları gedib baxırlar ki, onun bəyəndiyi yerdə bir dəyirman var. 

Qapını döyürlər. Dəyirmançı qapını açır:

- Buyurun.

- BiziKralFridrixgöndərdi. Buranıgörübbəyəndi və almaqistəyir. Sənqədərpulistəyirsən, onude.

Dəyirmançı şəstlə:

- pul? Kimdediki, mənburanı satıram?

- Deyəsən, başa düşmədiniz. Buranı Kral istəyir, Kral!

Dəyirmançı özünə əmin şəkildə:

- Mənə nə, ay adam? Mən satmıramsa, istəyir Kral yox e, kim gəlir gəlsin, ala bilməz. 

Kralın adamları qayıdır, Fridrixə vəziyyəti danışırlar. 

- Cənab Kral, bəyəndiyiniz yerin sahibi, yəni dəyirmançı dəlinin biridir. Ha elədik, dedi ki, satmıram. 

Kral əmr edir ki, bu dəli kimdirsə, çağırsınlar hüzuruna. 

Çox keçmir, dəyirmançı Kralın hüzuruna gətirilir. 

II Fridrix:

- Deyəsən, məni səhv başa düşmüsünüz. Oranı mən almaq istəyirəm, mən! Nə qədər pul istəyirsənsə, de!

Dəyirmançı:

- Xeyr, səhv-zad başa düşməmişəm. Dünən adamlarınız da bunu dedilər. Təkrar edirəm, sat-mı-ram!

- İnadkarlıq etməyin, pulu nədirsə, artıqlaması ilə verəcəm!

Dəyirmançı deyir:

- Sənin pulun çoxdur. Almaniyada istədiyin yerdə saray tikə bilərsən. Amma buranı məndən əvvəl atam, ondan da əvvəl babam işlədib. Mən də övladlarıma miras qoyacam. Ona görə də satmıram!

II Fridrix ayağa qalxır:

- Ey dəyirmançı, unutma ki, mən Kralam!

Dəyirmançı düşünmədən, birbaşa cavabı yapışdırır:

- Əslində sən unutma ki, Berlində hakimlər var! Heç bir güc, heç bir siyasi iqtidar, hətta Kral belə ədalətdən üstün deyil! Əks təqdirdə o taxtda otura bilməz!

Nəticədə Potsdamda Sansosi sarayı tikilir, amma dəyirmanın yerində yox, düz yanında. Beləcə Kralla dəyirmançı qonşu olurlar. 

Səhərlər II Fridrix bağçasına çıxanda dəyirmançı ona səslənir:

- Kralım, qəşəng çörək bişirmişəm, istəyirsinizsə, sizə də göndərim. 

II Fridrixsə ətrafındakılara bu vəziyyəti danışarkən deyir:

- Ədalət hər səhər mənə imisti çörək qoxusu ilə gəlir. 

Beləcə bu hekayə "Berlində hakimlər var" deyiminin qaynağına çevrilir.

 

Dilimizə uyğunlaşdıran: Eminquey

TƏQVİM / ARXİV