adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Yanvar 2021 14:21
88869
ŞOU-BİZNES
A- A+

“Müğənnilərin çıxartdığı oyunlardan danışın” - Rəqsanə “od püskürdü”

“Bəzi müğənnilərdən çəkinirsiniz. Onların etdiklərini niyə yaxşı qələmə verirsiniz, niyə? Hər kəs özünə görə insandır. Zəif insanı vurmağa çalışmayın. Baş tacı etdiyiniz müğənnilərin çıxartdığı oyunlardan danışın. Girin onların “instagram” hesabına baxın, görün, hansı Şəhid anasına, balasına dəstək olub onların adlarını çəkirlər? Klip təqdim edib özlərini göstərirlər”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova “instagram” hesabında yazıb:

“Sabah toylar başlasın, ən yüksək qonorarla toylarınızda oxuyan yenə onlar olacaq. Şəhid yaramız heç vaxt sağalmaz. Şəhidlər unudulmaz. Onlar qanları, canları bahasına tarix yazdılar. Məndə qarşıyam, düzdür, bizə yaraşmır bayram, fişəng, konsert, klip. Sadəcə bəzən müğənnini də başa düşək. Vallah, hər şey göründüyü kimi deyil. Müğənnilərin o qədər problemi, çətinliyi var, bəlkə də, adi insanların o qədər problemi yoxdur. Müğənnilərin günahları ondadır ki, efirlərdə o qədər şey yalandan göstəriblər ki, bağ belə, bostan belə, ona görə bu gün kimsə onların imkansız olduğuna inanmaq istəmir. Müğənnilər problemlərini həll etmək, ailələrini, balalarını saxlamaq üçün məcburdular oxumağa. Başa düşmək lazımdır. İnsanı təkləmək olmaz”.

Rövşən Tahir