adalet.az header logo
  • Bakı 20°C
03 Yanvar 2021 10:57
156063
AVTOMABİL
A- A+

Pandemiya Azərbaycanda avtomobilə marağı artırıb

Koronavirus pandemiyası səbəbindən ictimai nəqliyyatın hərəkətində tətbiq olunan məhdudiyyətlər Aərbaycanda avtomobilə marağı artırıb.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, ümumiyyətlə Azərbaycanda avtomobilə həmişə maraq böyük olub:

"Koronavirus pandemiyası avtomobilə marağı bir qədər də artırmış oldu, çünki karantin rejiminin tətbiq olunmasından sonra ictimai nəqliyyatın hərəkətində yaranmış məhdudiyyət səbəbilə insanların da bir çoxunun hərəkətlərində məhdudiyyətlər yarandı.

Bu səbəbdən də insanların əksəriyyəti düşünür ki, bu prosesdə həm iş həm şəxsi həyatını tənzimləmək üçün avtomobilə daha çox ehtiyacları var. Ona görə də bu proses avtomobilə marağı xeyli artırmış olur. Ancaq qiymətlərdə o qədər də artım olmayıb. Çünki avtomobil bazarında qiymətlər onsuz da yüksək idi və bu qiymət bazar üçün kifayət idi. Bu səbəbdən indiki halda tələbin artımı prosesində də əhəmiyyətli qiymət artımı müşahidə etmirik".