adalet.az header logo
  • Bakı 20°C
02 Yanvar 2021 19:15
44761
MARAQLI
A- A+

Çinli su və vaksin sərmayəçisi Elon Maskı geridə qoydu 

Çinli su istehsalçısı və vaksin sərmayəçisi Zhonq Şanşan 2020-ci ildə var-dövlətini 10 dəfə artıraraq dünyanın ən varlı adamları siyahısında 11-ci yerə yüksəldi. 78,2 milyard dollar var-dövlətə sahib olan Şanşan Çinin və Asiyanın ən varlı adamı oldu.

Blomberq milyarderlər indeksinə görə Şanşanın sərvəti 2020-ci ildə 6,8 milyard dollardan 78,2 milyard dollara yüksəlib. Bu fantastik göstəricidir.

"Tesla"nın şefi Elon Maskın sərvətinin 2020-ci ildə 142 milyard dollar artaraq 28 milyarddan 170 milyard dollara qalxması və siyahıda ikinci yerdə qərar tutması müzakirələ səbəb olmuşdu.

İl boyunca 66 yaşlı Şanşan Elon Maskı geridə qoydu.

Şüşə su şirkəti "Nongfu Spring"in şefi Şanşan Covid-19 üçün test və vaksin inkişafı uğrunda yola çıxan "Beijing Wantai Pharmacy Enterprise" şirkətində 75 faizlik hissəyə sahibdir.

Bu şirkətin sayəsində var-dövlətini artıran Şanşanın bundan sonra da ilk onluğa düşə biləcəyi gözlənilir.
 

Eminquey