adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Yanvar 2021 22:00
54801
TEXNOLOGİYA
A- A+

Əhali ən çox hansına üstünlük verir: Mobil vasitələrə və ya masaüstü kompüterlərə?

Ölkədə mobil vasitələrin bazar payı yenidən yüksək olub.

Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, noyabr ayında mobil vasitələr istifadəçilərinin sayına görə bazarda masaüstü kompüter və tebletlərə nisbətən daha çox paya sahib olub.

Belə ki, ötən ay ərzində mobil vasitələrin bazar payı 55,73 faiz təşkil edib. Noyabr ayına nisbətən onların bazar payı cüzi azalsa da, dekabr ayında mobil vasitələr liderliyi saxlaya bilib.

Müvafiq dövrdə masaüstü vasitələrin bazardakı payı isə 41,46 faiz təşkil edib və noyabr ayına nisbətən bazar payı azalıb.

Azərbaycan bazarlarında tablet istifadəçilərin sayı isə 1,57 faiz bənd artıb. Dekabr ayı ərzində yalnız teblet istifadəçilərinin sayı artıb və 2,81 faiz təşkil edib.

Qeyd edək ki, noyabr ayında bu vasitələrin bazardakı payı 1,24 faiz təşkil edib.