adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Yanvar 2021 15:50
29555
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında

Dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim edilib.

Təhsil Nazirliyindən Adalet.az-a bildirilib ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.

Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.