adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Yanvar 2021 21:51
52925
ŞOU-BİZNES
A- A+

"Əziz müəllimim" mahnısının bəstəkarından yeni klip - "Sevirdi" 

Səhnə adı Sivva olan, bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni "Sevirdi" adlı mahnı və klipini tamaşaçılarına təqdim edib.

Adalet.az xəbər verir ki, mahnının sözləri tanınmış yazıçı, şair İlqar Fəhmiyə aiddir, musiqini isə xanım ifaçının özü bəstələyib.

Klipin sujet xətti də maraqlıdır. Ekran işi yeni il ab-havasında, sanki evdə, romantik atmosferdə lentə alınıb. Xanım müğənninin düşüncələri, keçirtdiyi hisslər söz və musiqinin vəhdətində fərqli tərzdə öz əksini tapıb.

Digər maraqlı məqam isə odur ki, mahnıda solo gitaranı ifa edən, "4 Mood" qrupunun solisti, gitaraçı Əli İbrahimzadə klipdə çəkilməyib. Onu Emin Bayramov əvəz edib.

Qeyd edək ki, Sivva (Sevinc Ağasıyeva) məşhur "Əziz müəllimim" mahnısının bəstəkarı və ifaçısıdır. Bəstəkar kimi yazdığı mahnıları Aygün Kazımova, İlqar Muradov və digər sənətçilər oxuyublar.

Rövşən Tahir