adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Yanvar 2021 21:50
40922
KRİMİNAL
A- A+

ABŞ tarixinin ən ölümcül qatili Samuelin  ETİRAFLARI


93 nəfər... Nə aşağı, nə yuxarı, düz 93 adamı əlləriylə boğaraq öldürən qatil Samuel Little öldü. Necə tutulmuşdu? Niyə etiraf etdi? Çayınızı qarşınıza qoyub oxuyun.

1970-ci ildən 2005-ci ilə qədər törətdiyi bütün cinayətləri etiraf etmişdi. ABŞ-ın ən ölümcül, ən vəhşi qatillərindən biri olan Samuel 80 yaşında dünyasını dəyişdi.

Samuelin dosyesində təkcə cinayət yoxdur. 2014-cü ildə 3 qadını öldüməkdən şübhəli bilinənə qədər oğurluq, saxtakarlıq və narkotik maddə istifadəsinə görə bir neçə dəfə azadlıqdan məhrum edilmişdi. 

Bunlarla yanaşı 1989-ci ildə bir qadını öldürməkdə günahlandırılmış, ancaq cinayəti onun törətdiyi sübut olunmamış və azadlıqdan məhrum olmaqdan canı qurtarmışdı. 

Törətdiyi cinayətlərdən canını qurtarmağı necə bacarmışdı?

Samuel əslində köhnə amerikalı boksçudur. O, gənclik illərində Samuel McDowell adı ilə tanınırdı. Samuel qurbanlarını narkomanların, seks işçilərinin və cəmiyyət tərəfindən "lənətlənmiş" insanların arasından seçirdi. Qurbanlarını boğaraq öldürən köhnə boksçu bir çox cinayətlərinin "təbii ölüm" kimi adlandırılmasına görə türmə üzü görməmişdi. 

ÖLDÜRMƏYƏ 1970- İLDƏ BAŞLADI

Qatil cinayətlərin bir çoxunu Florida və Cənubi Kaliforniyada törətdi. Qurbanlarının çoxusunu təsadüfi rastlaşmalardan sonra öldürürdü. Misal üçün, 1982-ci ildə bir gecə klubunda qarşılaşdığı qadını boğaraq öldürdü. Oğurluqdan, narkotikdən və ya digər səbəblərdən həbsə düşmədiyi zamanda ölkəni gəzən Samuel 1970-ci ildə Yeni il ərəfəsində Mayamidə öldürməyə başladığını etiraf etmişdi. 

NECƏ TUTULDU?

Samuel 2012-ci ildə narkotiklə bağlı günahlar səbəbilə tutuldu. Burada DNT nümunələri götürülən Samuel Kaliforniyada törədilən 3 cinayətdə günahlandırıldı. Ardınca o, 2014-cü ildə 3 dəfə ömürlük həbs cəzası aldı. 

BƏS NECƏ OLDU Kİ, O, GÜNAHLARINI ETİRAF ETDİ?

Bir müddət idi ki, Samuelin sağlamlığı yerində deyildi. Ömrünün son günlərini yaşadığını bilən Samuel uzun müddət sonra Texasda jandarma olaraq xidmət edən James Hollanda qanlı keçmişini danışmağa qərar verdi. Bir zamanlar boksçu olan və qurbanlarını boğaraq öldürən Samuel bu qərarı verəndə isə artıq əlil arabasından istifadə edirdi. Holland Samueldən yüz dəfədən çox söhbət etdi, hər dəfə onunla dost mimi davranmağa çalışdı. Etibarını qazanmaq üçün ona sevdiyi pizzalardan, başqa yeməklərdən sifariş etdi. Sevdiyi idman növlərindən söhbət etdilər. Daha da vacibi - Holland Amerikanın ən ölümcül qatilinə edam edilməyəcəyinə dair söz verdi. 

"Birini həbsdən çıxarmağa kömək olsam, bəlkə o zaman Tanrı  mənə gülümsəyə bilər. Etməkdən xoşum gələn şeyi etməkdən həzz alan başqa bir adamın olduğunu sanmıram. Zənn edirəm ki, dünyada bunu edən tək adam mənəm".
 
Samuel Little

SON CİNAYƏTİNİ 2005- İLDƏ MİSİSİPİDƏ TÖRƏTDİ

Samuel etiraf etdikcə ölkənin dörd bir yanındakı səlahiyyətli şəxslər yarım qalan dosyeləri bir-bir bağlamağa başladı. O, törətdiyi cinayətlərdən dolayı həbs olunan günahsız adamları bu əzabdan qurtarmaq üçün etiraf etdiyini dedi. 

Samuelin fotoqrafik yaddaşı hamını mat qoydu. O, etiraf edərkən elə xırda detallar verirdi ki, cinayət işləriylə məşğul olan adamlar mat qalırdılar. Hollandın yanında robot rəsmi çəkən bir adam vardı. Samuel 1984-cü ildə Mayamidəki bir striptiz klubunun çıxışında tanış olub öldürdüyü qadının 25 yaşında, sarı saçlı, mavi gözlü və hippi görünüşlü olduğunu belə xatırladı. Qurbanlarından birinin protez diş taxdığını xatırlayandan sonra daha bir cinayət işinin də üstü açıldı.

Samueli nənəsi böyütmüşdü. Onun etirafları zamanı bir zamanlar evli olduğu və iki uzunmüddətli münasibət yaşadığı ortaya çıxdı. 

80 yaşlı ölümcü qatil şəkər və ürək xəstəliyindən əziyyət çəkirdi. 

 

 

​​​​​Eminquey