adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Yanvar 2021 21:36
36778
KRİMİNAL
A- A+

6 ayda 463 qadın cinayət törətdi

2020-ci ilin yanvar-iyun aylarında 8789 nəfər cinayət törədib. Bunlardan 8326 nəfəri kişi, 463-ü qadın olub.

Adalet.az Azvision.az-a istinadən xəbər verir ki, cinayət törətmiş şəxslərdən 208 nəfəri 14-17, 2896 nəfəri 18-29, 5684 nəfəri 30 və daha yuxarı yaşda olanlardır.

Ötən ilin 6 ayında cinayət törədən şəxslərdən 682 nəfəri ali və orta ixtisas təhsilli, 8088 nəfəri ümumi orta və tam orta təhsilli, 19 nəfəri digər kateqoriyalar üzrədir.

Hesabat dövründə cinayət törədən şəxslərin 429 nəfəri fəhlələr, 192 nəfəri qulluqçular, 61 nəfəri kənd təsərrüfatı işçiləri, 5265 nəfəri əmək qabiliyyətli olub işləməyən və oxumayanlar, 39 nəfəri isə təhsil alanlardır.

Cinayət törətmiş təhsil alanlardan 27 nəfəri ümumi təhsil müəssisələrində oxuyanlar, 5 nəfəri peşə və orta ixtisas təhsili müəssisələrində oxuyanlar, 7 nəfəri ali təhsil müəssisələrində oxuyanlar olub.