adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Yanvar 2021 21:17
33793
HADİSƏ
A- A+

Dostunu çöl donuzu ilə səhv salıb güllələdi

Çuvaşiya Respublikasında ova gedən şəxs dostunu çöl donuzu ilə səhv salaraq güllələyib.

Adalet.az “TASS”a istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.

İstintaqa görə, ötən il 30 dekabr tarixində günortadan sonra Yadrinsk rayonunun Bolşoy Sundr kəndinin sakinləri ova gediblər. Ovçulardan biri yaralı çöl donuzu zənn etdiyi 39 yaşlı dostuna atəş açıb.

Güllə yarası alan şəxs hadisə yerində keçinib. Dostunu öldürən şəxs artıq saxlanılıb.