adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Yanvar 2021 14:11
29448
HADİSƏ
A- A+

İstanbulda fabrikdə dəhşətli yanğın - VİDEO

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda fabrikdə dəhşətli yanğın baş verib.

“Haber Global”ın məlumatına görə, fabrikin bağçasında kimyəvi maddələr olan paletlərdə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə Tuzla və Kocaeli xilasetmə qrupları cəlb edilib.

Yanğın səbəbindən yüksələn qara tüstü ətraf rayonlardan da görünüb.

Yanğınsöndürənlər partlayışlar olan yanğına müdaxilə edərək, yanğını söndürə biliblər.