adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Dekabr 2020 11:35
51141
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÖZÜNƏ DÖNÜŞ 

 "Bir qadına..." silsiləsindən

 

Üfürmə - şamdı yanan -

Pərvanəsi girovdu...

Ağırlığından sınan -

Kirpikdəki qırovdu...

 

Yanaqdakı duz izi -

Ağ cığırdı, ağ yoldu...

Həsrətin boş gilizi -

Yaralanmış "sağ ol"-du...

 

Ətrafımdakı sükut -

O, əslində ilğımdı...

Dolub, qaralmış bulud -

Şimşəkdən də çılğındı...
 

... Bu şamı üfürməyə -

Cəhd etmə , özü sönür...

Heç nə itmir, sən demə -

Hər şey özünə dönür!